Blinken NATO baş katibi ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdi
Bizi izləyin

Dünya

Blinken NATO baş katibi ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

ABŞ Dövlət Katibi Entoni Blinken və NATO Baş Katibi Yens Stoltenberq Əfqanıstandakı vəziyyəti və Alyans Xarici İşlər Nazirlərinin bu mövzuda avqustun 20-də keçiriləcək onlayn görüşünü telefonla müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə cümə axşamı Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Bu görüş Əfqanıstanda baş verən hadisələri və NATO-nun təhlükəsiz və nizamlı evakuasiyanı təmin etmək üçün göstərilən səyləri müzakirə etmək üçün müttəfiqləri toplayacaq. Dövlət katibi və baş katib bildiriblər ki, müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əlaqələndirmə bu işdə, eləcə də NATO-nun gələcək yolunun planlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir", - məlumatda vurğulanır.

Xatırladaq ki, "Taliban" hərəkatının yaraqlıları avqustun 15 -də Kabilə döyüşsüz girdi və bir neçə saat ərzində Əfqanıstanın paytaxtı üzərində tam nəzarət qurub. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün ölkəni tərk etdiyini söyləyib.

Ölkənin vitse-prezidenti Amrullah Saleh dövlət başçısının olmadığı təqdirdə, konstitusiyaya görə ölkə başçısı vəzifəsini müvəqqəti icra etdiyini söylədi və taliblərə silahlı müqavimət göstərməyə çağırıb.

Hazırda Qərb ölkələri vətəndaşlarını və səfirlik işçilərini təxliyə edir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm