• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

"Taliban" Əfqanıstanın konstitusiyasını DƏYİŞDİRİR

  • Dünya
  • 21 Avqust 2021 00:45
  • 518 Baxış
"Taliban" Əfqanıstanın konstitusiyasını DƏYİŞDİRİR

Əfqanıstanın yeni konstitusiyası olacaq, “İslam Əmirliyi” yaradılması haqqında qərar hələlik qəbul edilməyib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib. Onun sözlərinə görə, hazırda ölkə fövqəladə vəziyyətdədir və keçid dövrünü yaşayır.

“Şübhəsiz, Əfqanıstanda yeni konstitusiya qəbul olunacaq. İndi xalqın ehtiyaclarını ödəmək, boşluğu dəf etmək, yalnız bundan sonra digər addımlar atmaq lazımdır. Lakin ümumilikdə yeni konstitusiya vacibdir”, - deyə Məhəmməd Naim qeyd edib.

O, həmçinin deyib: “Biz hazırda “Əfqanıstan İslam Əmirliyi” yaradılmasını elan etməmişik. Lakin biz lap başlanğıcda bunu etmək arzumuzu bəyan etmişik”.

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatının döyüşçüləri paytaxt Kabilə döyüşsüz daxil olaraq şəhəri tam nəzarətə götürüb. Prezident Əşrəf Qani həmin gün ölkəni tərk edib. O, bunu qan tökülməməsi üçün etdiyini deyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR