Misir Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağlayır
Bizi izləyin

Dünya

Misir Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağlayır

“Əl Ərəbiyə” telekanalı Misirin Fələstinin Qəzza sektoru ilə sərhəd-keçid məntəqəsini bağladığı barədə xəbər yayıb. Ərəbdilli KİV-lərin şərhlərində bildirilir ki, rəsmi Qahirənin bu addımı Həmasla əldə olunmuş razılaşmalara əməl olunmaması ilə əlaqəlidir.

Publika.az xəbər verir ki, artıq avqustun 23-dən etibarən humanitar məqsədlər üçün açılmış “Rəfah” məntəqəsindən hər iki tərəfə keçid dayandırılıb. Bu sərhəd-keçid məntəqəsi fələstinlilərin üçüncü ölkələrə çıxış qapısı sayılır.

“Rəfah” sərhəd-keçid məntəqəsi bu ilin mayında İsraillə Həmas arasında 11 günlük müharibədən sonra Misirin vasitəçiliyi ilə elan edilmiş atəşkəsin ardından - mayın 16-da açılmışdı. Lakin avqustun 21-də fələstinlilərin İsrail hərbçilərinə hücumları nəticəsində vəziyyətin gərginləşməsindən sonra rəsmi Qahirə yenidən tərəflər arasında danışıqlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm