Dünya
Türkiyənin yeni baş naziri kim olacaq?
10 avqust prezident seckilərindən Türkiyə Mərkəzi Seçki
Komisiyası tərəfindən rəsmi açıqlama olmasa da ilkin nəticələrə
görə, Rəcəb Tayyib Ərdogan 52 faiz səslə Türkiyənin 12-ci
prezidenti seçilib.
ANS TV-nin məlumatına görə, rəsmi açıqlamanın isə artıq sabah
veriləcəyi gözlənilir. Ərdogan isə seçkilərdən sonra ilk dəfə - bu
gün Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi iclasında çıxış
etdi.
Ərdogan prezident seçildiyi üçün həm Ədalət və İnkişaf Partiyasının
sədrliyi, həm də Baş nazirlik vəzifəsini 27 avqust tarixindən
bitirmiş olacaq. Ədalət və İnkişaf Partiyasından verilən məlumata
görə, Ərdogan elə həmin gün partiya mənsubları ilə birlikdə yeni
baş nazirin və partiyanın yeni sədrinin kim olacağını
açıqlayacaq.
Bununla da partiyanın kulislərindən bir çox adlar səslənir.
Türkiyənin yeni baş nazirinin hazırkı xarici işlər naziri Əhməd
Davudoglu, keçmiş nəqliyyat naziri Binali Yıldırım, prezident
Abdulla Gül, Əmrullah İşlerin şanslarının böyük olduğu görünür.
Lakin qanunlara əsasən bu vəzifələrin yeni sahibi isə ilk növbədə
millət vəkili olmalıdır. Məhs elə ona görə də, Abdulla Gülün hələ
ki, baş nazir olması mümkünsüz görünür.
Bəzi ekspertlərin fikrincə, 27 avqustda müvəqqəti baş nazir təyin
olunacaq, oktyabr və ya noyabr aylarında erkən seçim olacaq və
Abdulla Gül yeni baş nazir təyin olunacaq.
Xatırladaq ki, Abdullah Gül 28 avqust tarixində öz vəzifəsini
bitirəcək və Ankaranın məhşur Cankaya köşkündə prezidentlik postunu
Bas nazir Ərdogana təhvil verəcək. Və hazırkı Baş nazir Ərdogan 28
avqust tarixindən Türkiyənin yeni prezidenti kimi siyasi həyatına
start verəcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ