Dünya
Dünyada 5 milyard dozadan çox vaksin vuruldu
Avqustun 24-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 5 milyardı ötüb.
Publika.az vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, dünya ölkələri arasında ən çox vaksinasiya Çində aparılıb - 1 milyard 990 milyon doza. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 582 milyon 240 min, ABŞ-da 363 milyon 270 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (178 milyon 550 min), Yaponiya (118 milyon 310 min), Almaniya (99 milyon 630 min), İndoneziya (89 milyon 830 min), Türkiyə (89 milyon 812 min), Böyük Britaniya (89 milyon 500 min) və Fransa (83 milyon 940 min) daxildir.
COVID-19 pandemiyasının online statistikasını aparan "Worldometer” portalının bu gün axşam saatlarına olan məlumatına əsasən, dünya üzrə yoluxanların sayı 213 milyon 637 mini ötüb, 4 milyon 459 mindən çox insan həyatını itirib, sağalananların sayı isə 191 milyon 198 min nəfərə yaxınlaşıb.
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU