Dünya
Əlcəzair qonşu Mərakeşlə diplomatik münasibətləri kəsdi
Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsib.
Publika.az xəbər verir ki, Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra keçirdiyi mətbuat konfransında bu addımı qonşu dövlətin “düşməncəsinə etdiyi hərəkətlərlə” izah edib.
Bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi. İki ölkə arasında gərginlik qərb sərhədlərində təxribatların artması ilə əlaqədardır. Əlcəzairlə Rabat Qərbi Səhrada mübahisəli əraziyə iddia edirlər. Polisario Cəbhəsi adlanan və Əlcəzairin dəstəklədiyi siyasi təşkilat 1970-ci ilədək İspaniyanın müstəmləkəsi olmuş və sonradan Mərakeş tərəfindən işğal edilmiş torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. Bu münaqişə səbəbindən 1990-cı ildə Əlcəzair və Mərakeş arasında quru sərhədləri bağlanıb və iki dövlət arasında münaqişə getdikcə dərinləşib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO