Kabildəki partlayışlar zamanı 4 ABŞ hərbçisi HƏLAK OLDU
Bizi izləyin

Dünya

Kabildəki partlayışlar zamanı 4 ABŞ hərbçisi HƏLAK OLDU

Əfqanıstanın paytaxtı Kabildə hava limanının yaxınlığında baş verən partlayışlar nəticəsində ABŞ-ın dörd dəniz piyadası həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ-ın Kabildəki diplomatik missiyasına istinadən məlumat yayıb.

Mənbə azı üç amerikalı əsgərin yaralandığını qeyd edir.

Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm