Dünya
Şeyx İŞİD-dən danışdı...
"İŞİD İordaniya və Səudiyyə Ərəbistanına doğru
genişlənmək istəyir"
“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah “Al-Akhbar“ (Livan) qəzetinə müsahibə verib. O, bildirib ki, İsrailin Qəzzada apardığı əməliyyatlar başa çatdıqdan sonra “Həmas”a dəstək verəcək. “Hizbullah”la “Həmas” arasında münasibətlərin kəsilməsi ilə bağlı deyilənləri təkzib edən Həsən Nəsrullah deyib: “Bizim münasibətlərimizdə heç vaxt fasilə yaranmayıb. Ola bilər ki, yüngülvari geriləmə olub, Suriya məsələsində fərqli mövqedə durmuşuq, amma münasibətlər həmişə olub. Son hadisələr bitəndə münasibətlərimiz daha da güclənəcək”.
Müsavat.com xəbər verir ki, “Hizbullah” lideri “Həmas“ ın Qəzzada apardığı mücadiləni də dəstəklədiyini dilə gətirib: “ Qəzzada verilən mücadilə qələbəyə layiqdir. “Həmas“ bu münaqişəyə zorla cəlb edilib, onun haqqı var ki, blokadanın aradan qaldırılmasını tələb etsin. Blokada qaldırılmadan hər hansı razılaşmadan danışmağa belə dəyməz. Qəzza sakinləri nə qədər çətin olsa da, öz fikirlərindən dönməyəcəklər“.
Qəzetin müxbiri soruşub ki, nədən “Hizbullah“ bu davada “Həmas“la bir yerdə olmayıb. Cənab Nəsrullah bu suala belə cavab verib: “ Biz İsraillə münaqişədən dolayı “Həmas“ tərəfindən İsrailə qarşı apardığı savaşa dəstəklə bağlı rəsmi müraciət almamışıq. Fələstini təmsil edən heç bir qrup belə bir təmənnada bulunmayıb. Əgər belə bir müraciət olsaydı, biz onu müzakirə edib gəldiyimiz qərar barədə media vasitəsi ilə xəbər verərdik“.
O, “Hizbullah“ ilə İsrail arasında müharibənin yenidən alovlana biləcəyini istisna etməyib: “Onu deyə bilərəm ki, İsrail ilə müharibəmizdə fasilə yaranıb. Ancaq bu təxirəsalmanın nə qədər davam edəcəyi haqqında bir söz deyə bilmərəm. Hansı şərtlərin İsraili yenidən müharibəyə təhrik edəcəyi ilə bağlı indidən nəsə demək çətindir“.
Şeyx Həsən Nəsrullah onu da bildirib ki, druzların (etnik azlıq) lideri Valid Cumbulat Suriyada Bəşər Əsədə qarşı vuruşanların tərəfinə keçdi və bizimlə müttəfiqlikdən kənarlaşdı. İndi isə İraqda baş verən son hadisələrdən sonra yenidən əvvəlki mövqeyinə qayıdır və “Hizbullah“la ittifaqa can atır. Valid Cumbulat da öz növbəsində İŞİD-i “dəhşətli soyqırım“ törətməkdə ittiham edir.
Müsahibədə “ İraq və Şam İslam Dövləti“ (İŞİD) haqqında da rəy bildirən Nəsrullah deyib ki, İŞİD İsrailin layihəsidir. Onların maraqlarından çıxış edir. Bizdə olan məlumatlara görə İŞİD İordaniya və Səudiyyə Ərəbistanı istiqamətində də genişlənmək niyyətindədir. Əgər onlar Livana girsələr, kimsə düşünməsin ki, biz “Hizbullah“ olaraq onlarla tək vuruşacağıq. Livan xalqı bütün dini və etnik fərqliliyi ilə düşmənə qarşı savaşa qalxacaq... “Hizbullah“ ən böyük təşkilat kimi hərbi, insani ehtiyatlara malikdir. 10 il müddətində müharibə aparmaq güçündəyik“.
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO