ABŞ-ın Kabilə zərbəsi zamanı 9 dinc sakin həlak oldu
Bizi izləyin

Dünya

ABŞ-ın Kabilə zərbəsi zamanı 9 dinc sakin həlak oldu

ABŞ pilotsuz təyyarəsinin Əfqanıstanın paytaxtı Kabilə zərbəsi zamanı 6-sı uşaq olmaqla 9 dinc sakin həlak olub.

Publika.az xəbər verir ki, bu barədə həlak olanların qohumuna istinadən CNN telekanalı bildirib.

Bu ailənin üzvlərindən biri həlak olanların hamısının adlarını açıqlayıb. Qeyd ediir ki, ən kiçik qurbanların yaşları iki və üçdür.

Ölənlərin qohumu telekanalın jurnalistinə deyib ki, həlak olanlar adi ailənin üzvləri olub.

"Biz İŞİD deyilik, bu, (ABŞ-ın hədəfi-red) qardaşlarımın öz ailələri ilə yaşadıqları ev idi", - o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm