ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib
Bizi izləyin

Dünya

ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib

ABŞ avqustun 14-dən etibarən Əfqanıstandan 116 700 nəfəri təxliyə edib.

Publika.az xəbər verir ki, son sutka ərzində Kabil beynəlxalq hava limanından daha 1 250 nəfər çıxarılıb.

Eyni zamanda, iyulun sonundan etibarən Əfqanıstandan təxliyə olunanların sayı 122 min nəfəri ötüb.

Qeyd edək ki, "Taliban" hərəkatı təxliyələri avqustun 31-dək başa çatdırmağı tapşırıb. Avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm