BMT-dən xəbərdarlıq: Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir
Bizi izləyin

Dünya

BMT-dən xəbərdarlıq: Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir

"Əfqanıstanda ərzaq və həyat üçün zəruri olan digər mallar tükənmək üzrədir".

Publika.az xəbər verir ki, bu barədə BMT-nin humanitar fəaliyyət üzrə koordinasiya idarəsi xəbərdarlıq edib.

“Yemək və həyat üçün zəruri olan başqa mallar tezliklə qurtaracaq. Biz beynəlxalq donorları sürətli və səxavətli dəstək verməyə səsləyirik”, - Fransa KİV-ləri idarənin nümayəndəsi Yens Layerkin bu sözlərini sitat gətirib.

Təşkilatdan bildiriblər ki, əhalisi aclıq təhlükəsi ilə üzləşmiş Əfqanıstana kömək üçün 600 milyon dollar toplamaq lazımdır. Bu bəyanat Əfqanıstana yardım üzrə beynəlxalq konfrans ərəfəsində səslədirilib.

Bundan əvvəl ekspertlər qeyd ediblər ki, Əfqanıstan çox ciddi ərzaq qıtlığı qarşısındadır. Bu, həm ölkədəki qeyri-sabitlik, həm də məhsul azlığı ilə izah olunur. Belə bir şəraitdə ölkə xarici ərzaq yardımından çox asılı vəziyyətə düşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm