Mərakeş ekoloji təmiz təyyarələr istehsal edəcək
Bizi izləyin

Dünya

Mərakeş ekoloji təmiz təyyarələr istehsal edəcək

Bu yaxınlarda Mərakeş şəxsi təyyarələr istehsal edən ölkələrin siyahısına daxil olub. İsveçrənin “Pilatus” şirkəti “PC-12” modelli planerlərin tam quraşdırılması üçün Krallıqda zavod açmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Mərakeşin aeronavtika və kosmonavtika sahəsi mütəxəssisləri assosiasiyasının (“GIMAS”) rəhbəri Kərim Şeyxin sözlərinə görə, bu ölkə qlobal iqtisadi layihələr və müxtəlif sənaye sahələrinə, o cümlədən aviasiya sənayesi sahəsinə xarici investisiyaların yatırılması üçün mühüm bazara çevrilib.

Mərakeş aviasiya sahəsi üzrə ilk ərəb ölkəsidir ki, bu sahənin məhsulunu Avropa və Amerika bazarlarına ixrac edir.

Assosiasiya rəhbəri ümidvardır ki, Krallığın aviasiya sənayesi gələcəkdə xüsusən də “yaşıl təyyarə” kimi tanınan ekoloji təmiz təyyarələrin istehsalında əhəmiyyətli inkişafın şahidinə çevriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm