• USD 1,7000 0,00% EUR 1,9811 +0,62%
    • GBP 2,3415 +0,30% RUB 0,0239 0,00%

Əfqanıstanda TƏHLÜKƏLİ ÇAĞIRIŞ: öldürün, mənlikdir...

  • Dünya
  • 18 Sentyabr 2021 20:49
  • 1 827 Baxış
Əfqanıstanda TƏHLÜKƏLİ ÇAĞIRIŞ: öldürün, mənlikdir...

"Heç kimin əfqanların evlərinə girməyə haqqı yoxdur, hətta "Taliban"ın da".

Publika.az xəbər verir ki, bunu Daikundi əyalətinin polis rəisi Sadikullah Abad "Aamaj News"a deyib.

O, quldurların "Taliban" obrazını istifadə etməməsi üçün görülən tədbirlər haqqında danışıb.

Abad əyalət sakinlərinə xəbərdarlıq edib ki, "Taliban" və onların adından hərəkət edənlər də daxil olmaqla heç kimin əfqanların evlərində axtarış aparmaq və mülklərini ələ keçirmək hüququ yoxdur:

"Əvvəlcə belə insanları tutmağa çalışın, mümkün deyilsə, öldürün. Bütün məsuliyyəti öz üzərimə götürürəm".

Polis rəisi qeyd edib ki, hazırda bütün "Taliban" üzvlərinin şəxsiyyət vəsiqələri və vəzifələri var. Yaradılan xüsusi komissiya evlərdə axtarış aparır.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR