Liviyada iki hərbi helikopter toqquşdu - ÖLƏNLƏR VAR
Bizi izləyin

Dünya

Liviyada iki hərbi helikopter toqquşdu - ÖLƏNLƏR VAR

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.

Publika.az xəbər verir ki, bu barədə "TASS" ölkədəki mənbəyə istinadla məlumat yayıb.

Qeyd edilib ki, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.

Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.

Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm