Rusiya Ukrayna ilə sərhəd məntəqəsini dağıtdı
Bizi izləyin

Dünya

Rusiya Ukrayna ilə sərhəd məntəqəsini dağıtdı

Rusiya-Ukrayna sərhədində olan “Uspenka” sərkəd-keçid məntəqəsi dağıdılıb.

Publika.az UNİAN-a istinadla xəbər verir ki, məntəqə terroçuların Rusiya ərazisindən atdığı artilleriya atəşi nəticəsində sıradan çıxıb. Milli Təhlükəsizlik Şurasının Analitik-informasiya şöbəsinin spikeri Andrey Lısenkonun verdiyi məlumatda qeyd olunur ki, Rusiya ərazisindən atılan “Qrad” və minomyot zərbələri nəticəsində “Uspenko” yararsız hala düşüb.

“Terrorçuların son sutka ərzində Rusiya ərazisindən endirdikləri 3 ədəd “Qrad”, həmçinin minomyot zərbələri nəticəsində sərhəd-keçid məntəqəsi tamamilə dağılıb. Xoşbəxtlikdən, sərhədçilər arasında xəsarət alan yoxdur, amma məntəqənin bütün infrastrukturu məhv edilib”.

Lısenko həmçinin Rusiya aviasiyasının bir neçə dəfə Krımdan Donetsk və Luqaska daxil olmaqla, Ukraynanın hava məkanını pozduğunu da bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm