Kim Çen Inın bacısı bəyanat yaydı
Bizi izləyin

Dünya

Kim Çen Inın bacısı bəyanat yaydı

Cənubi Koreya Pxenyana qarşı düşmənçilik siyasətindən imtina etsə, KXDR münasibətlərin yaxşılaşdırılması imkanlarını müzakirə edə bilər.

Publika.az Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inın kiçik bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini Kim Yo Çjonun bəyanatında deyilir.

Məlumata əsasən, Koreya Respublikası düşmənçilik siyasətindən əl çəkdiyi təqdirdə Şimal ikitərəfli münasibətləri yaxşılaşdırmağa yönələn “konstruktiv dialoq” üçün açıq olacaq.

Kim Yo Çjo, həmçinin Cənubi Koreya lideri Mun Ce-inin Koreya müharibəsinə son qoymaq barədə təklifini də “yaxşı, maraqlı fikir" adlandırıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının sentyabrın 21-də baş tutan 76-cı sessiyasının iclasında Koreya Respublikasının Prezidenti Mun Ce-in 1953-cü ildə atəşkəslə başa çatan Koreya müharibəsinin bitməsi ilə bağlı bəyannaməni tez bir zamanda imzalamağa çağırıb. Formal olaraq tərəflər hələ də silahlı münaqişə vəziyyətindədir.

Mun Ce-in, eyni zamanda beynəlxalq ictimaiyyəti “Koreya yarımadasında müharibənin sona çatması barədə bəyannaməni imzalamaq üçün bütün gücünü səfərbər etməyə” çağırıb. Cənubi Koreya Prezidentinin təklifinə görə, üç tərəf - iki Koreya və ABŞ və ya dörd tərəf - iki Koreya, ABŞ və Çin görüşərək Koreya yarımadasında müharibənin rəsmi olaraq bitdiyini elan etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm