• USD 1,7000 0,00% EUR 1,9689 -0,24%
    • GBP 2,3344 +0,32% RUB 0,0239 +0,42%

Çində TƏBİİ FƏLAKƏT: 2 nəfər öldü, 12 nəfər itkin düşdü

  • Dünya
  • 26 Sentyabr 2021 21:00
Çində TƏBİİ FƏLAKƏT: 2 nəfər öldü, 12 nəfər itkin düşdü

Çinin Siçuan vilayətində baş verən palçıq axını nəticəsində 2 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Publika.az vilayət hökumətinin yaydığı məlumata istinadla xəbər verir ki, Tiançuan rayonundakı Lontou vadisində günorta saatlarında baş verən təbii fəlakətə ərazidə yağan aramsız yağışlar səbəb olub. Hadisə yerinə gələn mülki müdafiə qüvvələri 3 nəfəri xilas edib, 2 nəfərin meyiti tapılıb. İtkin düşənlərin axtarışları davam edir.

Tiançuan rayonunda yağan şiddətli yağışlar 16 torpaq sürüşməsi meydana gətirib. Nəticədə 4,5 kilometr uzunluğunda avtomobil yoluna, 25 kilometrlik elektrik xəttlərinə, mobil rabitə operatorlarının 36 baza stansiyasına ciddi ziyan dəyib

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR