Misir ICESCO-nun 14-cü Baş Konfransına ev sahibliyi edəcək
Bizi izləyin

Dünya

Misir ICESCO-nun 14-cü Baş Konfransına ev sahibliyi edəcək

Misir bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) 14-cü Baş Konfransına ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Mədbuli ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik arasında Qahirədə keçirilən görüşdən sonra məlumat verilib.

Təşkilatın müsəlman aləmində elm, təhsil və mədəniyyətin inkişafında mühüm rolunu və İslam irsinin qorunmasında xidmətlərini xüsusi qeyd edən Misirin Baş naziri qeyd edib ki, onun ölkəsi bu mötəbər tədbirə ev sahibliyi etməkdən qürur hisi keçirir. O, konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.

Görüşdən sonra ICESCO-nun Baş direktoru Misirin yeni inzibati paytaxtına gedib və burada Baş Konfransın keçiriləcəyi Konqres Mərkəzi ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm