Dünya
Qəzzada dәri xəstәliklәri yayılıb
İsrailin Qəzzaya istiqamətli hücumları səbəbiylə
evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər arasında
dəri xəstəlikləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Fələstin səhiyyə naziri Cavad Avadın
bildirib ki, sәhhiyә әmәkdaşları, BMT-nın Fələstinli Mühacirlərə
Kömək Agentliyi (UNRWA) düşәrgәlәrdә qalan və sayları 400 minә
çatan fələstinlilərin bəzilərində, başda "qotur" olmaqla müxtəlif
dəri xəstəlikləri müşahidә olunuduğunu aşkar ediblәr.
Düşәrgәlәrdә su və təmizlik vəsaitinin qәnaәtbәxş olmadığını
bildirən Avad, bәzi qaçqınların vərəm xəstəliyinə dә düçar
olduqlarını vurğulayıb.
İsrailin xәstәxana vә klinikalara hücumları sәbәbi ilә Qəzzadakı
peyvənd və sağlamlıq sisteminә böyük nisbәtdә zәrәr dәydiyinә
diqqət çəkən Avad, nazirlik olaraq bir sıra ölkə və beynəlxalq
təşkilatların dəstəyindәn savayı, Qәzzaya onlarla yük maşını tibbi
vәsait vә dәrman göndәrildiyini qeyd edib.
Qeyd edək ki, İsrail illərdir ağır sanksiyalar tәtbiq etdiyi
Qəzzaya iyulun 7-də havadan və dənizdən, iyulun 17-də isə qurudan
hücum tәşkil edib. Əldә edilәn mәlumatlara görә, hücumlarda 1980
nәfәr dünyasını dəyişib, 10196 nәfәr isә yaralanıb.
-
Hadisə20:15
“Zığ" zavodunda dəhşətli hadisə: 5 işçi öldü, 2-si isə... - YENİLƏNDİ
-
Hadisə19:45
Zavodda PARTLAYIŞ olub - TƏBİB-dən açıqlama
-
Ekologiya19:30
Azərbaycanda bu tarixdə güclü istilər olacaq: 50 dərəcədən yuxarı...
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub
-
Magazin115:41
Aytən Səfərovanı efirə buraxmırlar?
-
Nida Xəbər 14:46
Xaricdə nikaha girmək istəyənlərin nəzərinə