Özbəkistanla Əfqanıstan arasında ilk RƏSMİ GÖRÜŞ - FOTO
Bizi izləyin

Dünya

Özbəkistanla Əfqanıstan arasında ilk RƏSMİ GÖRÜŞ - FOTO

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun rəhbərlik etdiyi nümayəndə heyəti Kabildə Əfqanıstan hökumətinin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib.

Publika.az Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində Əbdüləziz Kamilov Əfqanıstan müvəqqəti hökuməti rəhbərinin müavini Molla Abdul Kabirlə və xarici işlər naziri vəzifəsini icra edən Mövlavi Əmir Xan Muttaki ilə görüşüb.

Görüşlərdə Özbəkistanla Əfqanıstanın yeni hökuməti arasında əməkdaşlığın yaradılması və inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Əfqanıstan tərəfi humanitar və digər yardımlara görə Özbəkistan hökumətinə minnətdarlıq edib, nəqliyyat, energetika, həmçinin ölkə ərazisində böyük infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Əfqanıstanın Məzari-Şərif şəhərinin Beynəlxalq hava limanının bərpa olunmasındakı köməyə, Özbəkistan-Əfqanıstan sərhədindəki keçid məntəqəsinin fasiləsiz işləməsinə görə Özbəkistana minnətdarlıq ifadə olunub.

Tərəflər yaxın vaxtlarda Özbəkistanın Termez şəhərində ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin yaradılması, “Surxan-Puli Xumri” elektrik xəttinin və “Məzari-Şərif – Kabil - Peşəvər” dəmiryol layihəsinin tikintisi ilə bağlı müzakirələrin aparılması ilə bağlı razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm