"Taliban" medianı da ÇÖKDÜRÜR: "Fəaliyyətimizi dayandırmaq məcburiyyətində qaldıq"
Bizi izləyin

Dünya

"Taliban" medianı da ÇÖKDÜRÜR: "Fəaliyyətimizi dayandırmaq məcburiyyətində qaldıq"

Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalının verdiyi məlumatda deyilir.

"3 sport" telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş "Taliban" hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.

"Son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər. "Taliban"ın hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb", - deyə Səlim Poya qeyd edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm