Ukrayna ordusu zirehli təcili tibbi yardım maşınları ilə təchiz ediləcək – FOTO
Bizi izləyin

Dünya

Ukrayna ordusu zirehli təcili tibbi yardım maşınları ilə təchiz ediləcək – FOTO

Oktyabrdan zirehli təcili yardım maşınları ukraynalı hərbçilərin istifadəsinə veriləcək.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu təcili yardım avtomobilləri zirehli “BTR-4E” maşınlarının bazasında yaradılıb.

“BMM-4C” adlanan zirehli təcili yardım maşınları həm silahla, həm də lazımi tibbi avadanlıqla təchiz ediləcək.

Xarkov mühəndislərinin hazırladığı zirehli təcili yardım maşınları döyüş bölgəsində olan bütün batalyonlara veriləcək. Müdafiə Nazirliyindən bildirilib ki, bu maşınlar istifadəyə verildikdən sonra döyüşçülərə tibbi yardımın səviyyəsi artacaq.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm