Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirdi

Çin nüvə yüklü yeni hipersəs raketini sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, buraxılış avqust ayında baş verdi.

Hipersəsli təyyarəsi olan raket yer kürəsi ətrafında fırlanaraq aşağı orbitli kosmosdan keçib, sonra hədəfi vurmaq üçün enib.

Ancaq mənbələrə görə, hədəf vurulmayıb. ABŞ kəşfiyyatı qeyd edib ki, raket hədəfdən təxminən 33 kilometr uzaq keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm