ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə...
Bizi izləyin

Dünya

ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrin kifayət qədər peyvənddən istifadə edə bilməməsi səbəbilə COVID-19 pandemiyasının lazım olandan bir il daha uzun sürəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ÜST-nin yüksək səviyyəli idarəçilərindən biri Brus Elvord danışıb və bildirib ki, virus 2022-ci ildə də təsirli olacaq.

Qitələrin bir çoxunda insanların 40 faizi peyvənd olunduğu halda, Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi vaksin vurdurub.

B.Elvord dərman şirkətlərinin ən aşağı gəlirli ölkələrə üstünlük vermələri üçün zəngin dövlətləri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb: "Vaksinasiyanı sürətləndirmək lazımdır, yoxsa pandemiya lazım olduğundan bir il daha çox davam edəcək".

"The People's Vaccine" qeyri-hökumət təşkilatları ittifaqı dərman şirkətləri və zəngin ölkələr tərəfindən vəd edilən 7 dozadan yalnız birinin yoxsul ölkələrə çatdığını göstərən yeni məlumatlar yayımlayıb. COVID-19 peyvəndlərinin böyük əksəriyyəti yüksək gəlirli və ya orta gəlirli ölkələrdə hazırlanıb. Qlobal miqyasda tətbiq edilən dozaların yalnız 2,6 faizi Afrikada ərsəyə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm