Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçdı
Bizi izləyin

Dünya

Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçdı

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm