Çində GÜCLÜ PARTLAYIŞ: ölüm sayı beşə yüksəldi
Bizi izləyin

Dünya

Çində GÜCLÜ PARTLAYIŞ: ölüm sayı beşə yüksəldi

Oktyabrın 21-də Çinin şimal-şərqindəki Şenyan şəhərindəki restoranların birində qaz partlayışı nəticəsində azı 5 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti yazıb.

Cümə axşamı günü Hepin şəhər admnistrasiyası rəhbərliyi partlayış nəticəsində 4 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirmişdi.

Partlayışın nəticələrini aradan qaldırmaq üçün hökumət 1000-dən çox xilasedicini, hüquq -mühafizə orqanlarının əməkdaşlarını, həkimləri, təcili əməliyyatların aparılmasından məsul olan digər səlahiyyətli şöbələrin nümayəndələrini səfərbər edib.

Qəzetin yazdığına görə, yerli hakimiyyət orqanları hadisənin dəqiq səbəbini hələ müəyyən etməyib. Ən çox ehtimal olunan versiyalar arasında qaz xəttinin nasazlığı və mayeləşdirilmiş təbii qazın saxlanmasında problemin yaranmasıdır.

Partlayışın 1800-dən çox ailəyə və 100-ə yaxın mağazanın sahibinə ziyan vurduğu təxmin edilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm