Rusiya hərbi karvanı qarşısında BOMBA HƏYƏCANI
Bizi izləyin

Dünya

Rusiya hərbi karvanı qarşısında BOMBA HƏYƏCANI

Suriyada avtomobil yollarından birində patrul xidməti aparan Rusiya hərbi polis karvanının qarşısında əldədüzəltmə partlayıcı işə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzinin (CPVS) rəhbərinin müavini, kontr-admiral Vadim Kulit məlumat verib.

Onun sözlərinə görə, hərbçilərdən xəsarət alan olmayıb.

Hadisə bazar ertəsi saat 08:55-də, Dera əyalətində, M-5 avtomobil yolunda patrul xidməti aparılarkən baş verib.

Umm el-Maaten kəndi yaxınlığında konvoyun aparıcı maşınının qarşısında əldəqayırma mərmisiz partlayıcı qurğu işə salınıb.

Ehtimal edilir ki, bomba uzaqdan idarə edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm