İraqda terror hücumu: çox sayda ölən var
Bizi izləyin

Dünya

İraqda terror hücumu: çox sayda ölən var

İraqın şimalındakı Diyalə əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu nəticəsində azı 12 nəfər qətlə yetirilib, 15 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hadisə Əl-Mikdadiyyə şəhərinin yaxınlığında baş verib.

Terrorçular bir qrup gəncə hücum edərək, həmçinin ətrafdakı yaşayəş evlərini müxtəlif silahlardan atəşə tutublar.

Bildirilir ki, ətrafdakı xəstaxanalara yaralıların yalnız bir qisminin çatdırıldığına görə qurbanların sayının artma ehtimalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm