"Taliban"dan ŞOK QADAĞA: bu tələbi pozanlar...
Bizi izləyin

Dünya

"Taliban"dan ŞOK QADAĞA: bu tələbi pozanlar...

"Taliban" Əfqanıstandakı ağır iqtisadi vəziyyətlə əlaqədar dövriyyədə xarici valyutanın istifadəsini qadağan edib.

Publika.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zəbihullah Mücahid deyib.

"Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız əfqanlardan (pul vahidi) istifadə etsinlər. İslam Əmirliyi bütün vətəndaşlardan, dükan sahiblərindən, iş adamlarından maliyyə əməliyyatlarında əfqanlardan istifadə etməyə davam etməyi və xarici valyutadan istifadə etməkdən çəkinməyi tələb edir", - bəyanatda deyilir.

Qeyd edilib ki, bu tələbi pozanlar məsuliyyətə cəlb olunacaqlar.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm