PKK-çının heykəli uçuruldu – VİDEO / FOTOLAR
Bizi izləyin

Dünya

PKK-çının heykəli uçuruldu – VİDEO / FOTOLAR

İlk gülləni ataraq PKK terror aksiyalarına start verən Mahsum Qorxmazın Licədə ucaldılan heykəli uçurulub. Hadisədən sonra bölgədə gərginlik davam edir.

Publika.az xəbər verir ki, Diyarbəkrin Licə rayonunun Yolaçdı kəndindəki PKK qəbiristanlığında ucaldılan Mahsum Qorxmaz heykəlinin məhkəmədə ləğv edilməsi haqqında hökm çıxarıldıqdan sonra hüquq mühafizə orqanları bölgədə əməliyyat təşkil edib. Heykəli qorumaq üçün təşkil olunan aksiyaya “Panzer”lərlə müdaxilə edilib. Helikopter və “Panzer”lərin də iştirakı ilə bu gün səhər başlayan əməliyyat nəticəsində heykəl uçurdulub. Heykəlin uçurulması nəticəsində yaranan gərginlikdə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Xatırladaq ki, Licədə PKK terror təşkilatı üzvünün heykəlinin ucaldıldığı iddiası ilə Diyarbəkir valiliyi prokurorluğa şikayət etmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm