Rusiya gözlənilmədən Ukraynaya hərbi qüvvə yeridə bilər
Bizi izləyin

Dünya

Rusiya gözlənilmədən Ukraynaya hərbi qüvvə yeridə bilər

Rusiya xəbər agentlikləri bu informasiyaları Kremldəki qaynağa istinadən yayıb

Rusiya xəbər agentlikləri bu informasiyaları Kremldəki qaynağa istinadən yayıb

Fevralın 2-də Maydanda ənənəvi ümumrespublika bazar günü mitinqinin yerinə informasiya mitinqi keçiriləcək. Bu haqda unian.net-ə birləşmiş müxalifətin baş qərargahından xəbər veriblər.

Mitinqdə son günlər paytaxt Kiyevdə və bütövlükdə Ukraynada baş verən avromaydan olaylarının statistikası səsləndiriləcək, Maydanda çıxış edən müxalifət liderləri baş verənlərə münasibət bildirəcək.

Bu arada Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi xəbərləri yayılıb.

Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi, iqtisadçı Andrey İllarionov Ukraynanı nəzarətdə saxlamaq üçün Kremlin üç ssenari üzərində baş sındırdığını açıqlayıb.

“Axar.az”ın məlumatına görə, Rusiya mediasına açıqlama verən İllarionov bildirib ki, yaxın həftələrdə təzyiqlər daha da geniş vüsət alacaq: “Hazırda Ukrayna məhsullarının daşınması 10-15 gün gecikdirilir. Rusiya kanallarında fasiləsiz olaraq, Ukraynada rus xalqına qarşı əsl genosid aktının törədilməsi təbliğatı aparılır. Vurğulanır ki, hakimiyyətə gəlmək istəyənlər əsl faşist xüsusiyyətlidirlər”.

Buna paralel olaraq, Rusiya Luqansk vilayəti və Krımda da öz təsirini artırmaqdadır: “Rus xalqını qorumaq adı altında Luqanska çoxlu sayda Don kazakları gətirilib. “Gecə canavarları” bayker klubu üzvləri və “Volqoqrad kazakları” isə ayağa qalxan gənclərin səslərini boğmaq üçün Sevastopola göndərilib. Həmin şəxslər mütəşəkkil şəkildə hazırlıq proqramı keçiblər və yaxın 7-10 gün ərzində gərginlik artan xətt üzrə inkişaf edəcək. Hətta Rusiya Soçi Olimpiya oyunlarının başa çatmasını belə, gözləməyəcək. Putin iqtidarı Ukraynaya qarşı irimiqyaslı təzyiqlərə start verəcək, ehtiyac görsələr, silah da işlədəcəklər. Bu faktı Polşa Baş naziri Donald Tusk da xatırlatmışdı ”.

Ötən gecə Kiyevdə iğtişaşlar davam edib. “Berkut”la müxalifətçilər arasında kütləvi toqquşmalar olmasa da milislər ələ keçirdikləri müxalifətçilərə güc tətbiq edib. Gecə saatlarında Kiyev xəstəxanalarına milis dəyənəyindən ağır xəsarətlər alan 7 nəfər çatdırılıb. Onların 2-sinin durumu ağırdır.

Ötən gecə saat 3-ə yaxın 8 müxalifətçinin maşını yandırılıb. Cinayətkarlar haqqında heç bir bilgi yoxdur. Onu da vurğulayaq ki, son günlər avromaydan iştirakçılarından 30-unun maşınını naməlum şəxslər yandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm