Müsəlman alimləri İstanbulda toplanır
Bizi izləyin

Dünya

Müsəlman alimləri İstanbulda toplanır

Dünya Müsəlman Alimləri Birliyinin 4-cü konfransı başlayır.

Axar.az xəbər verir ki, sabahdan etibarən İstanbulda başlayacaq tədbir 3 gün davam edəcək.

“Ümmətin oyanışında alimlərin rolu (Kimlik problemləri)” adlı konfransda müsəlman ölkələrinin bir çox tanınmış alim və elm adamları qatılacağ gözlənilir.

Konfransda “Fikri məsələlərdə alimlərin rolu”, “Şəxsiyyətin qorunmasında alimlərin rolu”, “Fələstin və Qüds məsələsində alimlərin rolu”, ”Ümmət məsələlərinə xidmət üçün media istifadəsində alimlərin rolu” və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm