Düzgün qidalanmağı təbliğ edirdi, 45 yaşında QƏFLƏTƏN ÖLDÜ
Bizi izləyin

Dünya

Düzgün qidalanmağı təbliğ edirdi, 45 yaşında QƏFLƏTƏN ÖLDÜ

"Dünyanın ən sağlam yeməyi"ni yaradan və düzgün qidalanmağı təbliğ edən məşhur britaniyalı aşpaz Qurparit Beyns qəfil vəfat edib.

Publika.az xəbər verir ki, 45 yaşlı qurman infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilib. O, sonradan özünə gəlsə də, ürək və böyrək fəsadlarından ölüb.

Beynsin sağlam qidaya marağı sürətlə kökəlməyə başlayanda yaranıb. Kulinariya mütəxəssisi 2009-cu ildə "dünyanın ən sağlam yeməyi" ilə (karri və qaragilə ilə toyuq resepti) şöhrət qazanıb.

O, bir sıra superərzaq kitablarının müəllifidir. Onun 2010-cu ildə buraxılmış ilk yemək kitabı - "Indian Superfood" kitabı bestseller oldu. Bundan əlavə, Beyns 2011-ci ildə ilk "English Curry Awards" mükafat təqdimetmə mərasimində "İlin Baş aşpazı" seçilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm