Mosul bəndini Bərzaninin oğlu da qoruyur
Bizi izləyin

Dünya

Mosul bəndini Bərzaninin oğlu da qoruyur

İraq ordusu və kürdlərin dünən azad etdiyi Mosul bəndinin İŞİD-in hücumlarından müdafiəsi istiqamətində işlərə başlanılıb.

ANS PRESS-in məlumatına görə, İŞİD-in hücumlarının qarşısını almaq üçün əraziyə çoxlu sayda ordu qüvvələri xə xeyli sayda hərbi texnika cəmləşdirilib. Mosul şəhəri üçün strateji əhəmiyyəti olan su bəndinin qorunması üçün İraq əsgərləri və kürd yaraqlıları növbəli sistemə keçiblər.

Bu arada məlum olub ki, Mosul bəndinin müdafiə olunmasında Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin oğlu da iştirak edir. Belə ki, Mənsur Bərzaninin tabeliyində olan xüsusi qüvvələr ərazidə keşik çəkirlər.

Güclü təhlükəsizlik tədbirləri çərçivəsində mülki insanların bəndin ərazisinə girişi məhdudlaşdırılıb. Bununla belə jurnalistlərin əraziyə buraxılmasına icazə verilib.

Qeyd edək ki, Mosul bəndinin alınması üçün təşkil edilən hücum zamanı 23 İŞİD üzvü öldürülüb, 6 nəfər isə əsir götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm