Hindistanda təbii fəlakət - Çoxsaylı ölən və ikin düşənlər var
Bizi izləyin

Dünya

Hindistanda təbii fəlakət - Çoxsaylı ölən və ikin düşənlər var

Hindistanın Andxra-Pradeş ştatında bir neçə gün davam edən yağışların səbəb olduğu sel nəticəsində azı 35 nəfər ölüb, 100-dən çox insan itkin düşüb.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində ştatın 5 rayonu üzrə həyat tamamilə iflic olub.

Bildirilib ki, daşqından ən çox zərər çəkən Kadapa şəhərində yerli hava limanı noyabrın 25-dək bağlı qalacaq.

Kadapada güclü yağış zamanı 3 avtobus sel sularında qalıb, ən azı 18 nəfər həyatını itirib.

Daşqın səbəbiylə şəhər ərazisində binalardan uçması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilib.

Rəsmi açıqlamalara görə, seldən zərər çəkmiş ərazilərdə 100-dən çox insan itkin düşüb.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) qrupları daşqından zərər çəkmiş ərazilərdə axtarış və xilasetmə işlərini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm