"Taliban"dan ŞOK QADAĞA: Məhəmməd peyğəmbərin və...
Bizi izləyin

Dünya

"Taliban"dan ŞOK QADAĞA: Məhəmməd peyğəmbərin və...

Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı qadınların iştirak etdiyi bir sıra televiziya proqramının yayımını qadağan edib.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə müvəqqəti hakimiyyətin bəyanatında deyilir.

"Bütün televiziya mediası öz verilişlərinin şəriət və əxlaq normalarına zidd olmamasına, əyləncəli verilişlərin əhalinin dini hisslərini təhqir etməməsinə, qadın jurnalistlərin başlarını çadra ilə örtməsinə nəzarət etməlidir.

Qadınların iştirak etdiyi teleserialların yayımı qadağandır. Kişi və ya qadınların yarıçılpaq formada göründüyü film və kliplərin də nümayişi qadağandır", - məlumatda deyilir.

Həmçinin xarici mədəniyyəti aşılayan filmlərin, həmçinin Məhəmməd peyğəmbərin və onun səhabələrinin təsviri olan hər hansı serialın da nümayişini qadağan edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm