Pakistan "Şahin-1A" ballistik raketini uğurla sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Pakistan "Şahin-1A" ballistik raketini uğurla sınaqdan keçirdi

Pakistan "Şahin-1A" yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (ISPR) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Sınaq uçuşu silah sisteminin bəzi dizayn və texniki parametrlərini yenidən yoxlamaq məqsədilə həyata keçirilib", - press-relizdə deyilir.

"Şahin-1A" raketi "Şahin-1"in daha geniş məsafəni məhv edən və dəqiqliklə təkmilləşdirilmiş versiyasıdır. O, 900 km-ə qədər məsafədə hədəfləri vura və həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm