ABŞ-dan Belarusa XƏBƏRDARLIQ: yeni sanksiyalar hazırlanır
Bizi izləyin

Dünya

ABŞ-dan Belarusa XƏBƏRDARLIQ: yeni sanksiyalar hazırlanır

Rəsmi Vaşinqton və Avropa İttifaqı ölkələri miqrasiya böhranı ilə əlaqədar Minskə qarşı yeni məhdudiyyətlər hazırlayır.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Latviyanın paytaxtı Riqada keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, miqrant böhranı fonunda Şimali Atlantika Alyansı Belarusla əməkdaşlığı dayandırıb: “ABŞ və Avropa İttifaqı digər tərəfdaş və müttəfiq ölkələrlə sıx koordinasiyada əlavə sanksiyalar hazırlayır. Biz rejimi miqrantlardan siyasi silah kimi istifadə etməyi dərhal dayandırmağa çağırırıq. Əks halda bunun nəticələri Belarus üçün ağır olacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm