Dünya
Gül vida görüşü etdi (VİDEO)
Türkiyə prezidenti Abdulla Gül Ankarada Cankaya Köşkündə
is adamları, sənətçilər, idmançılar və KİV nümayəndələrilə vida
görüşündə çox önəmli açıqlamalar edib.
ANS TV-nin məlumatına görə, prezidentlik postunu Ərdoğana təhvil
verməyə hazırlaşan Gülün ən önəmli açıqlaması isə Ədalət və İnkişaf
Partiyasının (AK) yeni liderinin və Türkiyənin yeni baş nazirinin
hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacağını söyləməsidir.
O bildirib ki, göründüyü qədərilə baş nazirlik vəzifəsini təhvil
alacaq dostumuz xarici işlər naziri Əhməd bəy olacaq. Siyasətə də,
dövlət həyatına da onu mən qazandırmışam. Baş nazir olduğumda səfir
etdiyimi xatırlasanız, ondan sonra da Xarici İşlər Nazirliyi beş il
boyunca həmişə yanımda oldu, birlikdə olduq. Davudoğlu bizdən
sonrakı nəslin dəyərli adlarından biridir” dedi. Bundan başqa
Abdulla Gül bildirib ki, demokratik ölkələrdə bir gün gələn, öz
vəzifələrini yerinə yetirib bir gün gedir.
Abdulla Gülün sözlərinə görə, indi artıq cənab baş nazirə seçilmiş
dövlət başçısı kimi müraciət edirəm: “Türkiyə Cümhuriyyətinin
prezidenti kimi 7 illik səlahiyyət müddətim başa çatdı. Türkiyənin
gələcəyinə olan inancımını, etibarımı və ümidimi qoruyub saxlamaqla
sizdən ayrılıram”.
Abdulla Gül onu da bildirib ki, mən Ədalət və İnkişaf Partiyasının
(AK) qurucusuyam: “Prezident olduğum müddət içərisində bütün
partiyalara bərabər məsafədə olmaq, bir konstitusiya vəzifəsi
olaraq düşündüyüm üçün hər kəsə eyni məsafədə dayanmışam.
Prezidentlik dönəmim, bitdikdən sonra mənim partiyama, siyasi
şəxsiyyətimə qayıtmağımdan təbii bir şey ola bilməz.
Təcrübələrimlə, əldə etdiklərimi dövlətimiz, millətimiz üçün həm
daxildə, həm də beynəlxalq arenada fəaliyyətlərimi davam
etdirəcəm”.
Ankara Cankaya Köskündə son günlərini yaşayan Gul bildirib ki,
xanımım Hayrunnisa xanım burada çox səliqə-səhman yaratdı: “Hər
zaman deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün
gedəcəyik, o zaman pis olacaqsan. O da mənə deyirdi ki, getdiyimiz
zaman buraları gözəl qoyub gedək və biz hazırda böyük bir şərəf və
qürurla ayrılırıq.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ