Keniyada avtobus körpüdən çaya düşdü: çox sayda ölən var
Bizi izləyin

Dünya

Keniyada avtobus körpüdən çaya düşdü: çox sayda ölən var

Keniyanın mərkəzi hissəsində avtobus su basmış körpüdən keçmək istəyərkən çaya düşüb.

Publika.az-ın "The Star" qəzetinə istinadla verdiyi məlumata görə, bunu regionun polis idarəsinin rəisi Cozef Yakan deyib.

Onun sözlərinə görə, qəza zamanı 20 nəfər həlak olub, 10 nəfər isə xilas edilib. C.Yakan qeyd edib ki, avtobusda olan insanlar toya gedirmiş.

Bildirilir ki, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm