Maraq dünyası
Ən çox içən millətlər: bu ölkə liderdir - ARAŞDIRMA
Avstraliyalılar dünyada ən çox spirtli içki içən millət kimi qeydə alınıb.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə narkotik və spirtli içkilərlə bağlı aparılan qlobal araşdırmanın nəticələrində bildirilir.
Hesabatda məlum olub ki, Avstraliya vətəndaşları əcnəbi vətəndaşlara nisbətən daha çox sərxoş olurlar - ildə orta hesabla 27 dəfə. Bu, dünya üzrə orta göstəricidən demək olar ki, iki dəfə çocdur (15 dəfə). Danimarka və Finlandiya da bu parametrdə ilk üçlük sırasındadır . Tədqiq olunan bütün ölkələrdə kişilər qadınlardan daha çox içirlər. Ən böyük fərqlər italyanlar, belçikalılar və isveçrəlilər arasındadır.
Bundan əlavə, avstraliyalılar orta hesabla həftədə iki dəfə və ya ildə 106 gün spirtli içki qəbul edirlər. Bu göstəriciyə görə fransızlar liderlik edir - ildə 132 dəfə. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Yeni Zelandiya və Hollandiya qərarlaşıb.
Çox vaxt irlandlar, polyaklar və yeni zelandiyalılar içkiyə görə peşman olurlar - təxminən 28% hallarda. Siyahının digər tərəfində danimarkalılar, avstriyalılar və finlər var. Çox tez spirtli içki qəbul etmək peşmançılığın ən çox yayılmış səbəblərindən biridir. Polşa və İtaliya istisna olmaqla, demək olar ki, bütün ölkələrdə qadınlar kişilərdən daha çox içki içdiklərinə görə peşman olurlar.
Hüseyn
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA