Ukrayna və ABŞ Donbası müzakirə etdi
Bizi izləyin

Dünya

Ukrayna və ABŞ Donbası müzakirə etdi

Amerika hərbi qurumunun başçısı Çak Xeygel ukraynalı həmkarı Valeriy Qeleteylə telefon danışığı aparıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, telefon danışığında əsas mövzu Ukraynanın şərqindəki vəziyyətin qiymətləndirilməsi olub. Pentaqonun press-relizində qeyd edilir ki, eləcə də ABŞ-ın Ukraynaya hərbi köməyinin çatdırılması da müzakirə mövzusu olub.

Telefon söhbətində Xeygel bildirib ki, “atəşkəs barədə hər hansı bir danışıqlarda Ukrayna tərəfinin iştirakı vacibdir”.

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Ukraynanın şərqində hökumətə qarşı kütləvi aksiyalar Ukrayna ordusu və özlərini yeni dövlət kimi elan edən rusiyayönlü silahlı qruplaşmalar tərəfindən müharibəyə çevrilib.

Hadisələrin bu cür inkişaf etməsində Rusiya və Ukrayna tərəfi bir-birini ittiham edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm