“İŞİD Obamanın vecinə deyil” (FOTO)
Bizi izləyin

Dünya

“İŞİD Obamanın vecinə deyil” (FOTO)

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama mühafizəkar qrupların tənqidinə tuş gəlib.

ANS PRESS-in məlumatına görə, hazırda tətildə olan ABŞ prezidenti Barak Obamanın ölkədəki son proseslərdən, xüsusilə də amerikalı jurnalist Folinin İŞİD tərəfindən edam edilməsindən sonra tətilini yarımçıq qoymaması yerli ictimaiyyətdə müzakirə mövzusu olub.

Yay tətilində olan Obama, “İslam Dövləti” (İŞİD) terrorçularının Folini edam etməsi ilə bağlı görüntüləri yaymasından sonra mətbuat qarşısına çıxaraq qısa açıqlama vermiş, daha sonra isə qolf oynamağa getmişdi.

Onun bu hərəkəti mühafizəkar qruplara aid media orqanlarında yaxşı qarşılanmayıb. Onlar düşünürlər ki, Obama terrorçu qruplaşmaya o qədər də əhəmiyyət vermir və baş verənlər onun vecinə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm