Türk sürücülər Putinə məktub göndərdi
Bizi izləyin

Dünya

Türk sürücülər Putinə məktub göndərdi

Türkiyə Beynəlxalq Sürücülər Birliyi Rusiyaya əlavə qida ixracatının mümkün olmayacağını bildirib.

Axar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə məktub göndərən birlik ölkəyə giriş-çıxışın asanlaşdırılmasını istəyib.

Məktubda Türkiyənin sanksiyalarla əhatə olunan Rusiyanı qida ilə təmin edəcəyinin xəyal olduğu bildirilərək nəqliyyat vasitələrinə qarşı tətbiq olunan qaydaların sadələşdirilməsinin vacib olduğu bildirilib.

Birlik məktubunda illik ehtiyac olan 36 min nəqliyyat vasitəsindən cəmi 9 min nəqliyyat vasitəsinə icazə verildiyini qeyd edərək bu gedişlə Rusiya bazarlarını təmin edə bilməyəcəkləri xəbərdarlığını edib.

Ayrıca olaraq müraciətdə bir ayın 20 günündə türk nəqliyyat vasitələrinə daşınmanın qadağan olunması, gömrük rüsumunun çoxluğu da qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm