ABŞ-dan Çinə etiraz (FOTO)
Bizi izləyin

Dünya

ABŞ-dan Çinə etiraz (FOTO)

Vaşinqton Pekinə üç gün əvvəl beynəlxalq hava boşluğunda ABŞ-ın hərbi təyyarəsini ələ keçirməsi zamanı Çin Hərbi Hava Qüvvələrlərinin qırıcısı tərəfindən edilmiş təhlükəli manevrlə əlaqədar etirazını ifadə edib.

Publika.az-ın BBC-yə istinadən məlumatına görə, bu haqda Pentaqonun mətbuat katibi Con Kirbi bildirib. Onun sözlərinə görə, hadisə Haynanın adasından 135 kilometr şərqədə Cənubi Çin dənizində olub.

Çinin Hərbi Hava Qüvvələrlərinin qırıcısı ABŞ-ın hərbi təyyarəsi P-8 Poseidondan 10 metr aralıda uçub.

Kirbi dəqiqləşdirib ki, Çin qırıcısı ABŞ təyyarəsinin üstündən uçub, həmçinin P-8 Poseidon burnunun qarşısından keçərək silahlı olduğunu göstərib.

ABŞ təyyarəsi Çin sahilində adi patrul uçuşunu yerinə yetirirdi və qırıcıyla görüşdən sonra kursundan dönüb. Pentaqon bildirib ki, bu Su-27 tərəfindən "təhlükəli təhdid idi".

Qeyd edək ki, bu artıq ikinci dəfədir ki, ABŞ-ın təyyarə-kəşfiyyatçıları xarici qırıcıların əks təsiriylə rastlaşırlar. Bu ilin aprelində Rusiyanın Hərbi Hava Qüvvələrlərinin Su-27 təyyarəsi Yaponiyanın şimal sahilində RC-135 təyyarəsinə yaxın uçub, məhz SU-27 RC-135U-a yaxınlaşıb və onun kursunu keçib, düz ABŞ təyyarəsinin qarşısında uçub.

Onda Pentaqon qeyd etmişdi ki, Rusiya pilotları soyuq müharibə vaxtlarından ən təhlükəli hadisələrdən birini buraxdılar.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm