Xəstə daşıyan ambulans qəzaya düşdü (FOTO)
Bizi izləyin

Dünya

Xəstə daşıyan ambulans qəzaya düşdü (FOTO)

Türkiyənin Ordu şəhərində xəstə daşıyan ambulans (təcili yardım) avtomobillə toqquşub.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Qəzada ambulansda olan 66 yaşlı xəstə Əminə Gülən və 71 yaşlı həyat yoldaşı Habil Gülən, eləcə də 34 yaşlı sürücü Ayhan Kəskin, avtomobildə olan sərnişinlərdən 24 yaşlı Aykut Cure və 25 yaşlı Adəm Loğman yaralanıblar.

Yaralılar hadisə yerinə göndərilən digər ambulanslarla xəstəxanalara çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti stabildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm