Merkel: “Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər”
Bizi izləyin

Dünya

Merkel: “Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər”

Ukraynaya etdiyi səfərdən qayıdan Almaniyankansleri Angela Merkel ARD telekanalına müsahibə verib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə,kansler Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalı barədə sualı cavablandırarkən proseslərin inkişafının heç bir variantınıistisna etmədiyini bildirib.

“Etiraf etmək lazımdır ki, vəziyyət çox kövrəkdir", - o, qeyd edib. Merkel həmçinin bildirib ki, Ukrayna-Rusiya münasibətlərinin həddindən artıq gərginləşməsini istəmir: “Ukrayna xalqı əlbəttə ki, öz yolunu seçmək imkanına malik olmalıdır. Amma Ukraynanın hərəkətləri Rusiyaya ziyan vurmamalıdır".

Almaniya kansleri əminliyini ifadə edib ki, Kiyev və Moskva arasındakı ziddiyyətləri siyasi yolla həll etmək olar: “Bu münaqişənin hərbi həlli mövcud deyil. Əgər münaqişənin həllini tapmaq istəyirsinizsə, siz bir-birinizlə danışmalısınız”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm