İtaliya 470 miqrantı xilas etdi
Bizi izləyin

Dünya

İtaliya 470 miqrantı xilas etdi

İtaliyanın sahil mühafizə xidməti Siciliya sularında batmaq təhlükəsi ilə üzləşmiş 2 gəmidən 470 qanunsuz miqrantı xilas edib.

Publika.az-ın məlumatına görə, Cənubi Afrikadan istiqamət alan gəmiləri Liviya suları yaxınlığından hava patrulu həyata keçirən italiya helikopterləri aşkarlayıb. Xilasemə əməliyyatına sahil mühafizə xidmətinin 2 gəmisi cəlb olunub.

Gəmilərin birindən 8 meyit aşkarlanıb.

İtaliya ilə Liviya arasında su sərhədi nisbətən qısa olduğundan Avropada iş və yüksək həyat standartı axtaran afrikalılar və suriyalı qaçqınlar həyatlarını riskə ataraq, kütləvi şəkildə təhlükəli dəniz yolçuluğuna çıxır. Nəticədə bunun ağırlığı İtaliya və İspaniya kimi ölkələrin “çiyinlərinə” düşür.

İtaliyanın baş naziri Ancelion Alfano artıq miqrant axını ilə bağlı dəfələrlə Avropa Birliyinə müraciət edib. Təkcə bu il İtaliya torpağına 100 minə yaxın miqrant ayaq basıb. İtaliya hökümətinin bildirdiyinə görə, ötən ilin oktyabr ayında Lampeza adası yaxınlığında 360 miqrantın faciəvi şəkildə boğulmasından sonra, ölkə büdcəsindən gücləndirilmiş dəniz patruluna hər ay 9.5 milyon avroya yaxın vəsait ayrılır.

Qeyd edək ki, həftə sonu ərzində İtaliya sularından 3500-ə yaxın insan təxliyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm