Rus tankları Ukraynaya daxil oldu (FOTO)
Bizi izləyin

Dünya

Rus tankları Ukraynaya daxil oldu (FOTO)

Bu səhər Donetsk ərazisinin cənubunda silahlı qarşıdurmanın qarşısı alınıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko bəyan edib.

"Səhər saat 5:20-də Şerbak və Novoazovskyaşayış məntəqələri ərazisində 10 tank, 2 BMP və 2 "Ural"dan ibarət zirehli texnika Ukraynanın dövlət sərhədini pozub. Sərhədçilər döyüşə başlayıb və əlavə qüvvələr köməyə gəlib”, - deyə xəbərdə deyilir.

Düşmən texnikasının əsas hissəsinin irəliləyişi Şerbak-Markin sahəsində atəşlə dayandırılıb.


Andrey Lısenko

İndi Novoazovsk-Mariupol yolu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının güclərinin nəzarəti altındadır. Rusiya Federasiyasının ərazisindən Novoazovsk tərəfə atəş açılır.

"Donbass" batalyonunun komandiri sosial şəbəkədə bildirib ki, bu səhər Ukraynanın sərhədini 50 zirehli texnika keçib. Hərbi-siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk Rusiya Federasiyasının ərazisindən 10 zirehli maşın, 2 tank və 2 "KAMAZ"ın müdaxiləsi haqqında bildirib.


Dmitri Timçuk

Son anda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Novoazovsk-Mariupol yolunun tam onların nəzarəti altında olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm