Azərbaycanlı iş adamı Fətullah Gülənlə görüşmək üçün Pensilvaniyaya gedib?
Bizi izləyin

Dünya

Azərbaycanlı iş adamı Fətullah Gülənlə görüşmək üçün Pensilvaniyaya gedib?

Kozanlı Ömər bu səyahətlərdə Türkiyədən çıxarkən başqa, xarici ölkəyə daxil olarkən başqa pasportlardan istifadə edirdimi? Bundan Baş Polis İdarəsinin Pasport şöbəsinin müdiri Çoşqun Çakarın xəbəri var idimi?

Türkiyədə hələ də davam edən hökumət-camaat qarşıdurmasında paralel dövlət idarəçiliyinə dair yeni informasiyalar yayılıb. Söhbət camaatın polisin içindəki bütün işlərini həyata keçirən, “polis imamı” olaraq qeyd edilən, kod adı Kozanlı Ömər olan Osman Hilmi Özdildən və “paralel ədliyyə naziri” kimi çalışan “məhkəmə imamı” kimi fəaliyyətini quran Ahmet Candan gedir.

Qeyd edək ki, Kozanlı Ömər camaatın polisdəki vuran qolu, daha doğrusu polis içindəki camaaat mənsublarının əsas idarə edicisi şəxsdir.
Publika.Az türk mənbələrinə istinadən xəbər verir ki, Ahmet Can ABŞ-a gedib, Kozanlı Ömər isə ortalıqdan yox olub. O. H. Özdilin evini dəyişdirdiyi deyilir, A. Canın isə həyat yoldaşı və uşaqlarının onun ardınca yanvarın 22-də ABŞ-a uçduğu haqqında məlumat var. A. Canın Pensilvaniyaya Fətullah Gülənlə son prosesləri dəyərləndirmək üçün getdiyi deyilir.

Publika.Az türk mediasına istinadən Kozanlı Ömərin gördüyü işlərlə bağlı geniş informasiya vermişdi. İndi isə “paralel ədliyyə naziri” kimi çalışan məhkəmə imamı Ahmet Can da ortaya çıxıb ki, yayılan informasiyalara görə, bu şəxs camaatın məhkəmə sistemindəki əsas adamı və idarəçisidir.


Belə ki, o İstanbulda yaşayan bir vəkildir. “Paralel ədliyyə naziri” kimi çalışır. Hakimlər və Prokurorların Ali Təşkilatı (HSYK) və ali məhkəmə orqanları başqa olmaq üzrə ədliyyə qurumlarındakı bütünh paralel dövlət mənsubları bu şəxsə bağlı olaraq fəaliyyət göstərir. O, 17 dekabr olayları da daxil olmaqla Türkiyəni sarsıdan bütün məhkəmə proseslərinə əsas qərar verici şəxs olub. İstanbulu Nişantaş hissəsində bir ofisi olan A. Can həm də 6 nömrəli Mədəniyyət nümunələrinin qoruma təşkilatının sədridir. A. Can bu təşkilatda bir çox mühüm qərara imza atıb.
Paralel dövlətin polis və təhlükəsizlik imamı olan O. H. Özdil (Kozanlı Ömər-red) məhkəmə imamı A. Canın telefonunu bir vaxtlar polisdən belə gizlədərək dinləyib. Kozanlı Ömər ləqəbli imam 2007-ci ildə çıxan Nokia N70 modelində olan telefonları alıb camaata mənsub bir sıra şəxslərə hədiyyə edib.

Bu şəxslərin ən vacibi isə məhkəmə imamlı Ahmet Candır. Telefonun içinə danışıqları digər bir telefonla dinləməyə imkan yaradan casus proqramı yerləşdirilib. A. Can da bu telefonu bir müddət istifadə edib, lakin dinlənildiyini öyrəndikdən sonra narahatçılığını Fətullah Gülənə bildirib. Kozanlı Ömərin A. Canı polisdəki adamlara təlimat verərək deyil hədiyyə telefonla dinləməsinin səbəbi isə bunu gizli saxlamaq istəyi olub.

Ergenekon məsələsinə görə həbsə düşən Mehmet Haberalın bu yaxınlarda azadlığa çıxmasında da A. Canın barmağının olduğu deyilir. M. Haberalın azadlığa çıxmasından öncə ondan gələn qeydlərin A. Can tərəfindən F. Gülənə ötürüldüyü haqda faktlar ortaya çıxıb.
Camaat içində əsas fiqurlar imamlardır. Vaxtilə camaatda imamlıq edən adını açıqlanmasını istəməyən şəxslərin məlumatına görə hazırda camaatın iki əsas imamı var. Biri A.K İstanbul imamıdır, digəri C.K olansa Ankara imamıdır.

İmamlıq idarəçiliyində əyalətlər böyük və kiçik əyalətlər olaraq iki hissəyə ayrılır. Böyük əyalətlərə ən azı iki kiçik əyalət daxil olur. Hər əyalətin ən azı üç böyük bölgəsi var. Paralel dövlətin təşkilatlanmasında da ən böyük amil “gizli xidmətlər” (Mahrem Hizmetler) adı verilən özəl sinifdir. Misal üçün Kozanlı Ömərlə Ahmet can “gizli xidmətlər” sinfindəndir.

Bu sinif camaatın da içində paralel təşkilatlanma kimi fəaliyyət göstərir. Hərbi məktəb, siyasi elm, hüquq və polis akademiyası məzunu olanlardan başlayaraq mühüm postlardakı şəxslər paralel dövlətdə bu sinfin mənsubları olaraq tanınılır. Onlara xüsusi diqqət ayrılır. Türkiyəni beş bölgəyə ayıran idarəçilikdə hər bölgədən, əyalətdən və mahaldan və qəsəbədən imamlar var. Ayrıca hər dövlət qurumundan məsuliyyət daşıyan imamlar da var. Bununla yanaşı, hərbi məhkəmələrə də təsir üçün işlər həyata keçirildiyi deyilir.

Cavabı hələ də tapılmayan açıq suallar da var.

1. Camaata yaxın iş adamı İ. K ortağı olan iş adamı Mübariz Mənsimovu
F. Gülənlə görüşmək üçün Pensilvaniyaya apardımı? M. Mənsimov camaatın “qızıl övlad”larından biri olaraq tanınan və hazırda Şimal-Qərbdə çalışan polis rəisi M. E-ni noyabrın 22-24-də Bakıda qəbul edibmi?

2. Kozanlı Ömər Dubay səyahətlərində kimlərlə görüşdü və hansı məsələlər gündəmdə olub?

3. Kozanlı Ömər camaata yaxın iş adamı A. İ-nin özəl təyyarəsi ilə xaricə gedirdimi?

4. Kozanlı Ömər bu səyahətlərdə Türkiyədən çıxarkən başqa, xarici ölkəyə daxil olarkən başqa pasportlardan istifadə edirdimi? Bundan Baş Polis İdarəsinin Pasport şöbəsinin müdiri Çoşqun Çakarın xəbəri var idimi?

5. C. Çakar Kəşfiyyat dairəsində uzun müddət işlədiyi halda nə üçün təxminən 8 ayda müddətində Yozqatdakı polis məktəbində müəllim etdi, Amma nə üçün vəzifəsinə davam etmək üçün Şərqə getmədi?

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm